"Everton" ən bahalı transferini reallaşdırdı

16 İyun 2017 23:54

"Everton" iki futbolçu ilə heyətini gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Liverpul klubu "Ajax"dan Devi Klassen və "Sunderland"dən qapıçısı Cordan Pikfordu heyətinə qatıb. Hər iki futbolçuyla 5 illik müqavilə imzalanıb.

Klassenin transferi 27 milyon avro, Pikfordun transferi isə "Everton"a 34 milyon avroya başa gəlib. 23 yaşlı qapıçı klub tarixinin ən bahalı transferi olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində