Türkiyədə suriyalı qaçqınlarla yerli sakinlər arasında kütləvi DAVA

16 İyun 2017 11:26

Türkiyənin Sakarya vilayətində suriyalı qaçqınlarla yerli sakinlər arasında kütləvi dava düşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qarşıdurmada ümumilikdə 100-ə yaxın insan iştirak edib.

Davaya suriyalı qaçqınlardan biri ilə işəgötürən arasında mübahisə səbəb olub. Belə ki, mübahisəyə digər qaçqınlar və yerli sakinlər də qoşulublar.

Suriyalıların avtomobillərə və evlərin pəncələrinə daş atdığı bildirilir.

Hadisə yerinə gələn polis əməkdaşları dava salan suriyalıları saxlayıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində