"Əbubəkr əl-Bağdadi məhv edildi" - Rusiya

16 İyun 2017 11:16

Suriyada Rusiya aviasiyasının zərbələri nəticəsində İŞİD terrorçularının lideri Əbubəkr əl-Bağdadi məhv edilib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, Əl-Bağdadi mayın 28-də İŞİD-in "paytaxt"ı hesab edilən Rakka şəhərinin cənubunda yerləşən iqamətgahda keçirdiyi toplantı zamanı öldürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində