Azərbaycan Avropa Liqasında mübarizəyə başlayır

16 İyun 2017 11:11

Bu gün kişi voleybolçular arasında Avropa Liqasında start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığmamızın yer aldığı A qrupunun ilk görüşündə Albaniya İsveçlə üz-üzə gələcək.

Skopyedə keçirilən I dövrədə Azərbaycan millisi yarışa ev sahibləri - Makedoniya ilə oyunla başlayacaq. Fərid Cəlalovun yetirmələri meydana Bakı vaxtı ilə saat 21:30-da çıxacaqlar.  
 
Avropa Liqası
I tur
19:00. Albaniya - İsveç
Hakimlər: Tiran Şayno (İsrail), Sergey Hulko (Ukrayna)
Skopye, Boris Traykovski Sarayı
 
21:30. Makedoniya - Azərbaycan
Hakimlər: Yasmin Huseynoviç (Bosniya və Herseqovina), Stoyan Baryev (Bolqarıstan)
Skopye, Boris Traykovski Sarayı
 
Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 6. Elmin Alışanov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 18. Dmitri Baranov, 19. Kənan Allahverdiyev.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində