Nazir: "Düşmən bilməlidir ki, Naxçıvanın müdafiəsində ən peşəkar ordu dayanıb"

16 İyun 2017 10:37

Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Naxçıvanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə əməliyyat taktiki təlimlərinin başa çatması ilə bağlı keçirilən tədbirdə deyib.

Nazir təlimdə qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiklərinə görə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətlərini təbrik edib: "Ölkədə ordu quruculuğu sahəsində görülən işlərin tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilir.

Əlahiddə Ümumqoşun Ordu yüksək döyüş qabiliyyətinə malikdir və düşmənə layiqli cavab verməyə qadirdir. Düşmən bilməlidir ki, Naxçıvanın müdafiəsində ən peşəkar ordu dayanıb".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində