Di Kaprio "Oskar"ı qaytardı - FOTO

16 İyun 2017 11:32

Məşhur aktyor, Hollivud ulduzu Leonardo Di Kaprio əfsanəvi aktyor Marlon Brandoya verilmiş "Oskar" heykəlciyini müstəntiqlərə qaytarıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, bu heykəlcik 1955-ci ilin mayın 30-da, 27-ci "Oskar" mərasimində "On The Waterfront" filmindəki roluna görə Marlon Brandoya verilmişdi.

Malayziyanın 1MDB Dövlət İnvestisiya Fondunda korrupsiya və mənimsəmə faktları ilə bağlı aparılan istintaq zamanı Di Kaprionun baş rolda çəkildiyi "The Wolf of Wall Street" filminin prodüser şirkəti olmuş "Red Granite Pictures"in fəaliyyəti də araşdırılır.

Bəlli olub ki, Malayziyanın 1MDB fondundan oğurlanmış pullardan 100 milyon dolları şirkət filmin çəkilişinə cəlb edib.

"Red Granite Pictures" şirkəti filmdəki roluna görə Di Kaprioya aktyor M.Brandoya verilmiş "Oskar" heykəlciyini hədiyyə etmişdi.

106-cı ildə ABŞ-ın Ədliyyə Nazirliyi "Red Granite Pictures" şirkətini maliyyə fırıldaqlarında suçlamışdı.

Leonardo Di Kaprionun menecerləri isə bəyan ediblər ki, "Oskar" heykəlciyi ilə yanaşı, sözügedən şirkətdən aktyora xeyriyyə hərracında satılmaq üçün hədiyyə olunmuş digər əşyalar da ABŞ-ın Ədliyyə Nazirliyinə təhvil verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində