İngiltərənin ən bahalı qapıçısı

16 İyun 2017 09:04

İngiltərə Premyer Liqa təmsilçisi "Everton" heyətini yeni qapıçı ilə gücləndirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Liverpul təmsilçisi "Sanderlend"in qapıçısı Cordan Pikfordu heyətinə cəlb edib.

"Everton" 23 yaşlı qolkiperin transferi üçün Premyer Liqanı tərk etmiş "qara pişiklər"ə 34 milyon avro ödəyib.
 
Klubdan edilən açıqlamada Pikfordla 5 illik müqavilə bağlandığı qeyd edilib. Bu transferlə gənc qolkiper dünyanın ən bahalı 3-cü qapıçısı olub. O, İngiltərədə ən bahalı qolkiper ünvanını əldə edib.
 
Tarixin ən bahalı qapıçısı 53 milyon avro qarşılığında "Parma"dan "Yuventus"a transfer olunan Canluici Buffon, ikinci isə 40 milyon avroya "Mançester Siti"yə keçən Edersondu.
 
Pikford son mövsümdə şans qazandığı 29 oyunda qapısında 50 qol görüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində