45 yaşlı kişi bıçaqlanıb

16 İyun 2017 08:31

Şəmkirdə bıçaqlanma olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Talış kənd sakini 1972-ci il təvəllüdlü Mehdiyev Həbib Əli oğlu qarının ön divarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. H. Mehdiyevin kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az