Bakıda iki piyada vurma hadisəsi olub

16 İyun 2017 08:18

Dünən axşam saatlarında Bakı şəhərində iki piyada vurma hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Bakının Xətai rayonunda, Neapol dairəsi yaxınlığında 1990-cı il təvəllüdlü Səfərov Vüqar Mirxan oğlunu avtomobil vurub. O, kəllə-beyin travması və bud sümüyünün sınığı xəsarətləri ilə Bakı şəhər 3 saylı xəstəxanasına çatdırılıb.

Daha bir piyada vurma hadisəsi isə Bakının Nizami rayonu, Şərifli küçəsində baş verib. Belə ki, 1968-ci il təvəllüdlü Cəfərova Nüşabə Akif qızını maşın vurub. C. Nüşabə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bakı şəhər 3 saylı xəstəxanaya yerləşdirilib.
 
Hadisələri törədən şəxslər polis tərəfindən saxlanılıb.
 
Hər iki faktla bağlı araşdırma aparılır. 

Milli.Az