Bakıda qız bacısını bıçaqlayıb

16 İyun 2017 08:11

Dünən axşam saatlarında Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Qara Qarayev prospekti 93 ünvanında yaşayan 1991-ci il təvəllüdlü Musayeva Nişanə Etibar qızı bacısı tərəfindən bıçaqlanıb.

M. Nişanə dərhal 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirir.
 
Bıçaqlayan şəxsin psixi problemlərinin olduğu bildirilir. 

Milli.Az