Gəncədə 55 yaşlı qadın ərik ağacından yıxıldı

15 İyun 2017 23:59

Gəncə şəhərində 55 yaşlı qadın ehtiyatsızlıqdan ağır xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Gəncə şəhər sakini, 1962-ci il təvəllüdlü İsmayılova Şəfiqə Paşa qızı yaşadığı evin həyətyani sahəsindəki ərik ağacından yıxılaraq ağır xəsarət alıb.
O, yaxınları tərəfindən Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ş.İsmayılovanın vəziyyətinin ağır olduğu bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində