17 milyon insan təhlükədə - Vəba epidemiyası

15 İyun 2017 23:04

Birləşmiş Millətlər Təşkilatı Yəməndə 17 milyon insanın aclıqdan əziyyət çəkdiyini açıqlayıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bununla bağlı BMT Baş katibinin sözçüsü Stefan Dajaric gündəlik mətbuat konfransında məlumat yayıb

"Dünyada ən pis aclıq böhranlarından biri Yəməndədir. Ölkə əhalisinin üçdə ikisinin təcili humanitar yardıma ehtiyacı var. Yəməndə vəba epidemiyası da var".

Qeyd edək ki, Beynəlxalq Səhiyyə Təşkilatı Yəməndə vəba epidemiyasından 942 adamın öldüyünü bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində