Yoldan keçən uşağa 200 lirə verdi

16 İyun 2017 08:52

Müğənni Bülent Ersoy ötən gecə Arnavutköy istiqamətində görüntülənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, iş adamlarından birinin dəvətinə qatılan sənətçi çıxışda sualları cavablandırıb.

Ersoy söhbət əsnasında "Dünya güzellerim" proqramının Hindistandakı çəkilişlərində yaşadığı maraqlı hadisədən danışıb:

"Mumbayda məni ilan sancdı, daha sonra isə öldü. Yazıq ilan, mənim zəhərim daha güclü imiş".

Jurnalistlərlə danışan zaman Ersoy küçədən keçən çiçək satan uşağa 200 lirə bəxşiş də verib.

Milli.Az