Çində “Emirates”ə genişlənmə yasaqlandı

15 İyun 2017 22:14

Çin Mülki Aviasiya Administrasiyası qarşıdakı 6 ayda "Emirates" şirkətinə Çində fəaliyyətini genişləndirməyi qadağan edib. Bundan başqa, şirkət 4265 ABŞ dolları cərimə də ödəməlidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, buna səbəb aprel və may aylarında "Emirates"in Çin hava məkanında uçuş təhlükəsizliyi qaydalarını pozması ilə bağlı iki hadisədir. Birinci hadisə aprelin 17-də Urumçi şəhəri üzərində uçuşun ekipajın səhvi ucbatında düzgün hündürlükdə yerinə yetirilməməsi, digəri isə mayın 18-də yenə Urumçi səmasında ekipajın hava hərəkətini idarəetmə mərkəzi ilə əlaqəni itirməsidir.

Çin Mülki Aviasiya Administrasiyası hər iki insidentdə günahın "Emirates"in pilotlarında olduğuna əmindir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində