Avstriyada hazırlıqlarını davam etdirən "Qəbələ" bu gün ikinci yoxlama matçına çıxıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki,Tirol bölgəsində, İnsbruk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində hazırlıq keçən baş məşqçi Roman Qriqorçuk yetirmələrini ikinci dəfə sınamaq imkanı əldə edib.
Avropa Liqasında ölkəmizi təmsil edəcək "qırmızı-qaralar" Rusiyanın Premyer Liqa təmsilçisi "Axmat"la qarşılaşıb.
DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə qarşılaşan əsas yığmanın düşərgəsində olan futbolçular - Cavid Hüseynov, Ruslan Qurbanov, Araz Abdullayev, Ürfan Abbasov və yeni transfer Elvin Məmmədov komandaya bu gün qoşulublar.
İlk matçında yerli "Fulpmes"i 8:0 hesabı ilə darmadağın edən "Qəbələ" ikinci oyununda nisbətən güclü komanda ilə qarşılaşıb. Görüş Rusiya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Premyer Liqada son mövsümü 5-ci pillədə başa vuran komanda əvvəlcə "Terek" adlanıb. Lakin yaxın günlərdə adı dəyişdirilən klub Çeçenistanın keçmiş prezidenti Axmat Kadırovun şərəfinə "Axmat" adlandırılıb.
Qeyd edək ki, iyunun 23-dək Avstriyada hazırlıq keçəcək "Qəbələ" daha 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. "Qırmızı-qaralar" ayın 19-da "Botev" (Bolqarıstan), 22-də isə "Ludoqorets"lə (Bolqarıstan) qarşılaşacaq.
Yoxlama oyunu
15 iyun
"Qəbələ" - "Axmat" - 0:1
Avstriya, İnsbruk
"Qəbələ": Dmitri Bezotosnı, Vojislav Stankoviç, Rasim Ramaldanov, Vitali Vernidub, İlqar Qurbanov, Elvin Camalov, Qismət Alıyev, Ülvi İbazadə, Asif Məmmədov, Filip Ozobiç, Baqali Dabo
Milli.Az