Tokio Olimpiadasında özügedən taksilərdən istifadə olunacaq

15 İyun 2017 20:59

Yaponiyanın taksimotor şirkətlərindən biri Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı dövlət yollarında özüidarəolunan avtomobillərin tətbiqi üçün müvafiq texnologiyalar hazırlayan şirkətlə əməkdaşlıq edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əsasən Tokio şəhərini əhatə edən "Hinomaru Kotsu" taksimotor şirkəti bunu iyunun 15-də "ZMP" şirkəti ilə birlikdə keçirilən mətbuat konfransında bəyan edib. Hər iki şirkət 2020-ci ildə sürücüsüz taksilərdən istifadəni qarşıya əsas vəzifə kimi qoyduqlarını bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində