Bakıda metro çıxışları bazara çevrilib - VİDEO

15 İyun 2017 20:53

Son zamanlar küçə ticarətinin artdığı müşahidə olunur. Xüsusilə də metroların çıxışlarının qarşısı demək olar ki, bazara çevrilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,  məsələn, metronun Həzi Aslanov stansiyasının çıxışını buna misal göstərmək olar.
Burda meyvə-tərəvəzdən tutmuş, paltarlara kimi məhsulların satıldığını görmək olar.
İnsanlar isə yaranan bu mənzərənin həm yolu keçmək üçün çətinlik yaratdığını, həm də gigiyenik qaydalara uyğun olmadığını deyirlər.
Xüsusilə də mövsümü meyvə və tərəvəzlərin bu il bol olması küçə ticarəti ilə məşğul olanlarının sayını artırıb.
Satıcılar isə bu iradlarla razılaşmır. Onlar bazarlardansa bu yerlərin alıcılara daha çox sərf etdiyini deyir.
Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentindən də etiraf edirlər ki, son zamanlar küçə ticarəti ilə məşğul olanların sayı ciddi şəkildə artıb. Qanunla qadağan olan küçə ticarətinə qarşı mütəmadi reydlər aparılır və belə şəxslər 80 manat cərimə edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Metroların çıxışı bazara çevrilib - insanların hərəkətinə mane olurlar