Göygöl sakini zəhərlənib öldü

15 İyun 2017 15:20

Göygöl rayon sakini qidadan zəhərlənmədən ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, iyunun 14-də Göygöl rayon sakini Mətanət Yaqubova qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilərkən yolda ölüb.

Milli.Az