Üst mərtəbəyə çatdılar, saysız cəsədlə qarşılaşdılar - FOTO

15 İyun 2017 17:13

Londonda 24 mərtəbəli "Grenfell Tower" yaşayış binasında baş verən dəhşətli yanğınla bağlı məlumat vermişdik.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, xilasedicilər saatlarla yanan binanın ən üst mərtəbəsinə çatanda heyrətləniblər. Orada sağ qalan yox idi. Axtarış-xilasetmə qruplarına istinadla verilən xəbərlərə görə, binada saysız cəsəd olub və ölü sayının yüzlərlə olacağı ehtimalı da var. Onlarla uşaq və yaşlı itkin düşüb.

İngiltərə qəzetləri bəzi bina sakinlərinin zibil torbalarından paraşüt kimi istifadə edərək özlərini aşağı atdıqlarını yazır.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində