Verratti və Messi İbizada görüşdü - FOTO

15 İyun 2017 14:40

PSJ-nin yarımmüdafiəçisi Marko Verratti argentinalı ulduz Lionel Messi ilə görüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, hər iki futbolçu İbizada istirahət edir. Onların arasındakı görüşü Messinin həmyerlisi Xavyer Pastore təşkil edib. Bu görüşdə Verrattinin agenti Donato Di Kampli də iştirak edib.

İtaliyalı yarımmüdafiəçinin bu yay "Barselona"ya keçmək istədiyi barədə xəbərlər yayılmaqdadır. Bəzi ispan saytları Verratinin yaxın dostlarına bu barədə danışdığını yazır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində