"Zidan bu işə tam uyğundur"

15 İyun 2017 14:06

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre Zinəddin Zidanın bir vaxt milli komandanı çalışdırmaq ehtimalından danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı funksioner bunları deyib:

"Bu hadisələrin məntiqi inkişafı olardı. Nə vaxtsa Zidana millidə işləmək maraqlı gələcək. Hazırda o, "Real"a çox xeyir verə bilər. Zidan bu işə tam uyğundur. Son vaxtlar nail olduqları heyrətamizdir. Hələ 2-3 il bundan əvvəl ona məsləhət görmüşdüm ki, qüvvəsini "Bordeaux" və ya Fransanın başqa bir klubunda sıasın".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində