Başağrısıyla həkimə getdi, qulağından çıxanlar... - FOTO

16 İyun 2017 07:00

Şiddətli başağrısıyla xəstəxanaya üz tutan qadının qulağından çıxan həkimləri, elə qadını da şoka salıb.

Milli.Az xəbər verir ki, eyvanda yuxu tutan 49 yaşlı Leksmi L. oyananda qulağında qaşınma hiss edib.

"Mirror"un yazdığına görə, hadisə Hindistanda baş verib. Yuxudan oyanan qadın əvvəlcə barmağıyla qulağını qaşısa da, xeyri olmayıb. Sonra qızına fənərlə qulağına baxmasını deyib.

Bir müddət başı ağrıyan hindistanlı qadın həkimə getməyi qərara alıb. Xəstəxanada xəstənin qulağına dərman töküldükdən sonra qulaq borusundan hörümçək çıxıb. Xoşbəxtlikdən qadının qulağında ciddi problem yaranmayıb. (publika.az)

Milli.Az