“PlayStation 4”-ün satışları 60 milyon ədədi keçdi

17 İyun 2017 08:59

"Sony Interactive Entertainment" şirkəti bildirir ki, iyunun 11-nə olan vəziyyətə görə, "PlayStation 4" oyun avadanlığının satışları 60,4 milyon ədəddən çox olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bundan başqa, 487,8 milyon ədəd oyun nüsxələri satılıb. Ayrıca olaraq yenicə buraxılan "Horizon: Zero Dawn" oyunun uğurları da qeyd edilir.

Həmçinin elan edilib ki, ödənişli "PlayStation Plus" abunəçilərinin sayı 26,4 milyon nəfəri keçib, ancaq ümumilikdə xidmətdən 70 milyon insan istifadə edir. Fəal istifadəçilər özlərinin PS4 oyun avadanlıqları ilə ümumilikdə həftə 600 milyon saatdan artıq vaxt keçirirlər.

Analitiklər qeyd edirlər ki, PS4, bir zamanlar PS2-nin satışlarında olduğu kimi, fəal satılır. Əgər "Sony" şirkəti qarşısına qoyduğu satış planını yerinə yetirərsə, o zaman bir ildən sonra PS4 PS2-ni qabaqlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində