Mənzilləri sayəsində dünyaca məşhurlaşdı - VIDEO - FOTO

15 İyun 2017 13:21

Onun mənzili maraqlı, qeyri-adi, rəngarəng interyer dizaynı sayəsində artıq dünyaca məşhurdur.

Milli.Az ABC-yə istinadən bildirir ki, ABŞ-ın Los-Anceles şəhərində yaşayan dizayner, 34 yaşlı Amina Muççiolo mənzilini sanki bir sənət əsərinə çevrilib.

Onun mənzilində az qala hər qarış rənglərə boyanıb.

"Studio Mucci"nin sahibəsi olan Amina Londonun mərkəzindəki mənzilini də belə bəzəyib. Əri Salvatore ilə birlikdə yaşadığı bu mənzili Amina "Cloudland", yəni "Buludlar məkanı" adlandırır.

Amina mənzillərinin görüntülərini İnstagram-da və YouTube-da paylaşandan sonra sürətlə məşhurlaşıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mənzilləri sayəsində dünyaca məşhurlaşdı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində