Kosta "Yuventus"la razılığa gəlib

14 İyun 2017 23:52

"Bavariya"nın yarımmüdafiəçisi Duqlas Kosta karyerasını "Yuventus"da davam etdirməyə yaxındır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 26 yaşlı havbek Turin klubu ilə şəxsi müqaviləni razılaşdırıb. Onun illik məvacibi 7 milyon avro təşkil edəcək. Müqavilə müddəti açıqlanmır. "Qoca senyora"nın son işi Münhen klubunu razı salmaqdır. "Bavariya" bu transferdən 50 milyon avro qazanmaq istəyir. 2015-ci ildə Kosta 30 milyon avro qarşılığında "Şaxtyor"dan hazırki klubuna keçmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində