Ölümdən xilas olan uşaqla zarafat edən jurnalisti söydülər - VİDEO - FOTO

14 İyun 2017 13:54

Londonda yaşayış binası yanır.

Gecədən başlayan yanğın hələ də davam edir. Yanğınsöndürmə briqadalarının verdiyi məlumata görə, yanğın nəticəsində ölənlər və yaralananlar var. Ölənlərin sayı açıqlanmır. İlkin ehtimala görə onlar yanğın zamanı təşvişə düşərək özlərini pəncərədən atanlardır.

Milli.Az "Mirror"a istinadla xəbər verir ki, "Sky News"un hadisə yerindən reportajı zamanı jurnalist vecsizliyi ilə diqqət çəkib. Kanalın reportyoru Mark Vayt yanğından son anda xilas olan uşaqla uğursuz zarafat edib. Onun yersiz zarafatı ciddi tənqid olunub. Sosial şəbəkə istifadəçiləri jurnalisti axmaq  adlandırıblar və digər kobud ifadələrdən istifadə ediblər.

Mark nənəsi ilə birlikdə yanğından xilas olan uşaqla zarafat edərkən deyib:

"Bu gün məktəbə getməyəcəksən...Məncə, bu sənin üçün hadisənin müsbət tərəfidir".

Milli.Az həmin reportajı təqdim edir:

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ölümdən xilas olan uşaqla zarafat edən jurnalisti söydülər