Hacı Nuran "Maşın" şouda Ramiz Əzizbəylidən danışdı: "Əməliyyat olunmalıdır" - FOTO

14 İyun 2017 08:27

"Xalq artisti Ramiz Əzizbəyli bir müddətdir ki, ağır xəstədir. Bir tərəfi iflic olub. Yaxşı gəzə bilmir. Beynində problem var. Xaricdə əməliyyat olunmalıdır".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Hacı Nuran Hüseynov "Maşın" şouda deyib. 

O, aktyorun "Həyat" verilişinin qonağı olduğunu və ona lazımı köməyin göstəriləcəyini bildirib. 

Bundan başqa, Hacı Nuran R.Əzizbəylinin M.Dadaşov üçün imzaladığı kitabı ona təqdim edib.

Qeyd edək ki, Hacı Nuran bu yaxınlarda "Həyat" adlı xeyriyyə fondu açıb. Fondun çərçivəsində hazırlanan eyniadlı veriliş ATV-də efirə gedir. 

Milli.Az