Ramazan ayında şeytanın təhrikləri necə olur?

15 İyun 2017 22:40

Şeytanın insan üzərindəki hakimiyyəti onu vəsvəsə etməkdən və təhrik etməkdən irəli getməz. Şeytan insanı sadəcə olaraq dəvət edər, məcbur edə bilməz. (Tebyan)

Bəs Ramazan ayında şeytanın zəncirə salınması ilə günahlar azalırmı?
Milli.Az musavat.com-a istinadən bildirir ki, oruc, təbii halda şeytanin insanı yolundan azdırması üçün lazım olan zəminələrini aradan qaldırar. Yəni oruc, şeytanın təhrik yollarını bağlayar. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Şeytan insanda qan kimi axar, ona görə də aclıqla onun keçid yollarını daraldın".
Bu hədis aydın şəkildə onu göstərir ki, oruc təbii halda şeytanın insana hakim olmasına mane olur. Ramazan ayında şeytan zəncirə vurulduğu kimi, əmmarə nəfs də zəncirə vurular. İnsan üzərində olan nüfuzu azalar. İmam Əlinin (ə) buyurduğu kimi: "Aclıq - nəfsi əsir etmək və adətini sındırmaq üçün necə də gözəl yavərdir".
Hədislərə nəzər salanda görmək olur ki, oruc insanın nəfsini tərbiyə etməsində nə qədər təsirli və faydalıdır. Oruc mane olar ki, şeytan insana hakim olsun, nəfsi istəklər insanı incitməz, insanın ağlı azad olar və düşüncələri çiçəklənər, istedadları üzə çıxar.
Həzrət Peyğəmbər (s) buyurur: "Aclıq və susuzluq vasitəsilə nəfsinizlə cihad edin. Çünki savabı Allah yolunda cihad edənin savabı kimidir".
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Ürəklərinizi az gülmək və az yeməklə dirildin. Onu aclıqla pak edin ki, saf və şəffaf olsun".
İnsan Ramazan ayında insalığını dərk edər və ibadətinin sayını artırar. Sanki Allaha yaxınlaşmaq üçün bir fürsətin yarandığını fitri olaraq hiss edər. İlahi tofiqin insana şamil olması onun seçimindən də çox asılıdır. Əgər İlahi qonaqlığın qonağı olmağı seçərsə, bu inayət ona da şamil olar. Əks halda çox şeyi əldən vermiş olar. Şeytanın zəncirə salındığı bu mübarək aydan qalan aylarda edə bilmədiyimiz işlər üçün faydalanaq və istifadə edək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində