Evdə ananas necə yetişdirilir?

15 İyun 2017 23:15

Bağım yoxdur deyə narahat olmayın. Eyvanda dibçək içində pomidoru, xiyar, hətta ananası da yetişdirə bilərsiniz.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, tropik ölkələrdə yetişən ananası evdə yetişdirmək mümkündür. Yetişmə müddəti uzun vaxt aparsa da, ananasın yetişmə müddətində bəzək bitkisi kimi də istifadə edə bilərsiniz.
Əvvəlcə marketdən bir ədəd ananas alın. Ananas toxumunun evdə yetişməsi çətin olacağı üçün hazır şitil almaq sizə vaxt qazandıra bilər.
 
Aldığınız ananas meyvəsini yarpaq və meyvə hissəsindən bir bıçaqla ayırın. Ayırarkən yarpaq hissəsinə bir qədər meyvə hissəsindən də kəsin.
 
Digər bir üsul isə kəsdiyiniz dilimi bir stəkan suda saxlayın və cücərməsini gözləyin.
Yarpaqların kök hissəsini torpağa basdıraraq bir şitil yaratmaq üçün 2 barmaq qalınlığına gələnə qədər yarpaqları qoparın.
Ananas şitili əkilmək üçün artıq hazırdır. Geniş dibçəyə gül torpağı töküb ananası yerləşdiririk. Əkdiyiniz ananasa bir az su əlavə edin. İsti, günəş görən bir məkanda ananası tez-tez gün aşırı sulayın. 24-36 ay arası ananas bəhrəsini verəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində