Dünyadakı qeyri-adi HEYKƏLLƏR - FOTO

18 İyun 2017 22:57

Müasir heykəllər klassik qanunlardan xeyli uzaqdır. Müasir dövrün incəsənət nümunələri çox daha maraqlı, cəsarətli və məzmunludur. Bunu sübut etmək o qədər də çətin deyil.

Milli.Az həmin incəsənət nümunələrini təqdim edir:

"Ekstazi", ABŞ

Dəmir və zəncirlərdən hazırlanan qadın siluetini xatırladan heykəl Karen Kusolito tərəfindən hazırlanıb. İnsan siluetini maksimal dərəcədə dəqiq və emosiyalarla təsvir edən heykəl eyni zamanda, müasir dövrün problemlərini ifadə edir.

"Yaddaşın qalıqları"

Adam Martinakisin rəqəmli incəsənət nümunəsi yalnız texniki deyil, həm də dərin ideyalar baxımından təəccübləndirir. Hərçənd müəllifin mükəmməl işlərinə küçələrdə rast gəlmək olmur. Onun qeyri-adi sənət əsərləri sübut edir ki, incəsənəti qəlibə salmaq mümkün deyil.

"Sağ qalmaq üçün, beyinləri çatmır"

Fransada qoyulan məşhur heykəl Tomas Lera tərəfindən hazırlanıb. Sənət əsəri ağlın ucbatından insanların başına gələn hadisələri təsvir etməyə çalışıb.

"Sahildə qadın", İsveçrə

Filip Cekson öz əsərlərini faktiki olaraq, fiqurun impressionist təsviri hesab edir. Onun mükəmməl "bədən dilinə" malik tuncdan hazırlanan əl işləri inanılmaz zərifliyi ilə seçilir.

"Rəqəmli balina", Kanada

Duqlas Kouplendin populyar incəsənət istiqamətində hazırladığı müasir heykəl sadə və parlaq obrazı ilə həmişə diqqət çəkir.

"Çarəsiz vəziyyət", Cənubi Koreya

Bu yaxınlarda 26 yaşlı Park Ki Pyunqun istedadı bütün dünyanı heyrətləndirdi. Heykəltəraş danışır ki, onun əl işləri öz hissləri ilə mübarizə aparan insanın simvoludur.

"Başqa yer", İngiltərə

Entoni Qormlin tərəfindən hazırlanan simvolik heykəl Liverpuldan şimalda yerləşən Krosbi çimərliyində qoyulub. İnsan siluetini xatırladan 100-ə yaxın maraqlı heykəl sahildən dənizin sonsuzluğuna doğru baxaraq özünə "başqa yer" axtarır.

"Dəstək", İtaliya

Heykəltəraş Lorenso Kuinnin maraqlı əsəri diqqəti xüsusilə iqlim dəyişikliyinə və bu mövzuda yarana biləcək problemlərə yönəldir.

"Ulu bayquş", Karu

"Burning Man"-nın ən heyrətləndirən heykəllərindən biri.

"Yer mələyi"

Çadh Nayt özünün 3D mənzərəli inanılmaz heykəlləri ilə məşhurdur. O, bununla kompüter ekranı və real görünüş arasındakı incə səddi pozub.

"Kelpi", Şotlandiya

Kelpi Şotlandiyanın mifoloji əsəri. Endi Skot tərəfindən işlənən atların təsvir edildiyi mükəmməl əsər dünya üzrə ən maraqlı incəsən nümunələri sırasındadır.

"Oyanış", İtaliya

Heykəl 1980-ci ildə İkinci Con Syuard Conson tərəfindən hazırlanıb.

"Atəşin kökləri"

Adəm Martinakis tərəfindən 2013-cü ildə hazılanan əsər insanın daxili aləminə həsr olunub.

"Mərcan", Avstraliya

Alessandrı Rossinin çox zərif və təsirli heykəli, 3 əsas mənzərə və rəng çalarları əsasında ərsəyə gəlib. Əsər 3 əsas elementi torpaq, dəniz və səmanı simvollaşdırır.

"Pedastal"

Aleksandr Rivzin 19 yaşında hazırladığı 3D formatında inanılmaz incəsənət nümunəsi. (publika.az)

Milli.Az