Azərbaycandan GUAM və ATƏT-ə ÇAĞIRIŞ

9 İyun 2017 15:23

Münaqişələr səbəbi ilə GUAM regionu ATƏT-in ən çox müzakirə olunan mövzusudur və bu münaqişələrin həll edilməməsi ATƏT üzv ölkələri arasında etimadsızlığın ən böyük mənbəyidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyinin bəyanatında deyilir.

Azərbaycan tərəfi bölgədəki münaqişələrin daha effektiv həlli üçün GUAM katibliyini və ATƏT-in müvafiq strukturlarını qarşılıqlı fəaliyyət göstərməyə çağırıb:

"Nə qədər ki, ATƏT-in hər bir üzv ölkəsi və vasitəçi ölkə münaqişələrin həllində öz məsuliyyətini və həll prosesinə verəcəyi töhfəni tam dərk etməyəcək, ATƏT sıralarındakı etimadsızlıq hökm sürəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində