Mətbəxdəki yemək qoxusundan qurtulun - SADƏ ÜSUL

18 İyun 2017 22:20

Evdar xanımların daha çox vaxt keçirdiyi yer mətbəxdir. Mətbəxdə hazırlanan hər yeməyin də qoxusu ətrafa yayılır. Xüsusilə yemək bişirdikdən sonra otağa hopan qoxu bir müddət sonra insanı narahat edir, ürək bulandırır. Bu qoxuları yox etmək üçün fərqli spreylər istifadə edilir. Ancaq bu spreylərin əvəzinə qoxular əleyhinə möhtəşəm bir təklifimiz var.

Milli.Az ailem.az-a istinadən mətbəxdəki qoxuların həlli üçün sadə bir yol təqdim edir. Həm də pulunuza qənaət etmiş olacaqsınız.
 
Evinizin yumşaq və təzə qoxu ilə dolmasını istəyirsinizsə, edəcəyiniz şey çox sadədir. Bir limonu dörd hissəyə bölün və ortasına bir miqdar duz doldurun. Limonu bir qabın içinə qoyun və bir neçə saat gözləyin. Bir müddət sonra mətbəxinizdə möhtəşəm bir qoxu yaranacaq.

Milli.Az