Parlamentin növbədənkənar sessiyasının gündəliyi məlum oldu

7 İyun 2017 11:23

Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasının tarixi və gündəliyi açıqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, iyunun 13-də keçiriləcək iclasın gündəliyinə 38 məsələ daxildir.

Bunlar bir sıra sənədlərin ratifikasiyası, "İşsizlikdən sığorta haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Əmək pensiyaları haqqında", "Valyuta tənzimi haqqında" və digər qanunlara dəyişikliklər layihələridir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində