Tam fərlqli Mustang - FOTO

17 İyun 2017 21:05

Peter Schropp və mühəndisləri 421 a.g. hasil edən, 5,0 L həcmli  səkkiz silindirli atmosfer mühərriklə təchiz edilən Ford Mustang GT avtomobilinə əl gəzdirib.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, tünerlər müştərilərə  iki seçim təklif edirlər: SF600 adlanan ilk versiyada atların sayı 600-ə qədər artırılır. Bura mexaniki superçarcer qurğusu və yeni proqram təminatının daxildir. İkinci - SF600R versiyayda mühərrik praktiki olaraq yenidən quraşdırılır və nəticədə 807 a.g. hasil edir. Tüninq dəstinə KW V3 asması, StopTech əyləcləri və aerodinamik yük daxildir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində