Konfederasiyalar Kuboku: Açılış matçını Rusiya qazandı - YENİLƏNİB

17 İyun 2017 21:16

21:16

Bu gün FİFA Konfederasiyalar Kuboku - 2017 start götürüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,  8 komandanın mübarizə apardığı turnirin açılış matçı Rusiya və Yeni Zelandiya yığmaları arasında keçirilib.

Ruslar ev sahibləri olduqları halda, Yeni Zelandiya Okeaniya Futbol Konfederasiyasının çempionu (2016) kimi yarışda iştirak etmək hüququ qazanıb.
 
Sankt-Peterburq şəhərində keçirilən və kolumbiyalı referi Vilmar Roldan idarə etdiyi qarşılaşmanı meydan sahibləri qazanıblar. Ruslar iki cavabsız qola seviniblər.
 
A qrupunun digər oyunu isə sabah Portuqaliya və Meksika arasında baş tutacaq. 
 
Qeyd edək ki, Konfederasiyalar Kubokunda Rusiya və Yeni Zelandiya milliləri ilə yanaşı, son dünya çempionu Almaniya (2014), Avropa çempionu Portuqaliya (2016), Asiya kubokunun qalibi Avstraliya (2015), Amerika kubokunun birincisi Çili (2015), KONKAKAF-ın qalibi Meksika (2015) və Afrika Millətlər Kubokunun sahibi Kamerun (2017) da mübarizə aparacaq.
 
 
FİFA Konfederasiyalar Kuboku - 2017
A qrupu
17 iyun

 
Rusiya - Yeni Zelandiya - 2:0
Qollar: Boxall, 31 (öz qapısına), Smolov, 69
 
Baş hakim: Vilmar Roldan (Kolumbiya)
Sankt-Peterburq. "Krestovski" stadionu

19:53

Bu gün FİFA Konfederasiyalar Kuboku - 2017 start götürüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 8 komandanın mübarizə aparacağı turnirin açılış matçı Rusiya və Yeni Zelandiya yığmaları arasında keçiriləcək.

Ruslar ev sahibləri olduqları halda, Yeni Zelandiya Okeaniya Futbol Konfederasiyasının çempionu (2016) kimi yarışda iştirak etmək hüququ qazanıb.

Sankt-Peterburq şəhərində keçiriləcək qarşılaşmanı kolumbiyalı referi Vilmar Roldan idarə edəcək.

A qrupunun digər oyunu isə sabah Portuqaliya və Meksika arasında baş tutacaq.

Qeyd edək ki, Konfederasiyalar Kubokunda Rusiya və Yeni Zelandiya milliləri ilə yanaşı, son dünya çempionu Almaniya (2014), Avropa çempionu Portuqaliya (2016), Asiya kubokunun qalibi Avstraliya (2015), Amerika kubokunun birincisi Çili (2015), KONKAKAF-ın qalibi Meksika (2015) və Afrika Millətlər Kubokunun sahibi Kamerun (2017) da mübarizə aparacaq.

FİFA Konfederasiyalar Kuboku - 2017

A qrupu

17 iyun

Rusiya - Yeni Zelandiya - 1:0

Qol: Qluşakov, 31

Baş hakim: Vilmar Roldan (Kolumbiya)

Sankt-Peterburq. "Krestovski" stadionu

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində