Universitetin məzun günündə "qısa ətək və dekolteli geyinin" tələbi ölkəni "qarışdırdı" - FOTO

1 İyun 2017 09:43

Məzuniyyət mərasimi üçün qızlardan mini ətək və dekolteli libas geyinmələrinin tələb edilməsi qalmaqala səbəb olub.

Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, Belçikanın paytaxtı Brüsseldəki "Université Libre de Bruxelles'a (ULB)" təhsil mərkəzininin tibb fakultəsinin məzun qızlarından açıq-saçıq geyinmələrinin tələb olunması ölkədə müzakirələrə səbəb olub.

Britaniyanın "The Guardian" qəzetində verilən məlumata görə, tələbələrə göndərilən elektron məktubda yazılıb:

"Məzuniyyət günü gözəl görünmək üçün qızlar qısa ətək geyinsin, dekolteli libaslar seçsin, oğlanlar isə kostyum".

Bu mesajı görən tələbələr onu skrin edərək Feysbuk-da yayıblar. Status geniş müzakirələrə səbəb olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində