Minasyan Ermənistanın Gürcüstandakı yeni səfiri olacaq

30 May 2017 19:00

Tezliklə Ermənistanın Gürcüstandakı yeni səfiri təyin olunacaq.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, Ermənistanda dərc olunan "Jamanak" qəzeti xəbər verir ki, bu vəzifəyə Qafqaz İnstitutunun direktor müavini, politoloq Sergey Minasyanın təyin olunacağı gözlənilir.

"Seçki sonrası bölüşdürmədən sonra bir neçə namizəd qalıb. Onlar arasında parlamentin keçmiş vitse-spikeri Ermine Naqdalyanın da adı var", - qəzet yazıb.

Qeyd edək ki, hazırda Ermənistanın Gürcüstandakı səfiri Yuri Vardanyandır. O, bu vəzifəni 2014-cü ilin avqust ayından icra edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində