"Başıma düşdü, məni öldürə bilərdi" - Qazaxda sakinlərin başına "daş yağır" - VİDEO - FOTO

30 May 2017 14:13

Qazaxda 2 mərtəbə 11 mənzildən ibarət mənzilin sakinləri təhlükə ilə üz-üzədir.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, 64 ildir istismara verilən binanın damından sakinlərin başına daş yağır.

Sakin: "Burdan nəinki uşaq, böyük adam da keçə bilmir. Daş onun başına düşsə, Allah göstərməsin, böyük faciədir. Bir balaca təkan, kiminsə başına uçmalıdı. Suvağın qırığı tappıltıynan təpəmə düşüb. Bəlkə də bir az iri olsaydı, məni öldürərdi".

Bu binanın sakinləri hər dəfə mənzillərinə gedib gələrkən təhlükə ilə üzləşirlər.

Bina Qazax rayon korporotiv cəmiyyətin balansındadır. Qapı qıfıllı olduğu üçün qrumun münasibətini öyrənmək mümkün olmayıb.

Şəhər İcra Nümayəndiliyindən əldə olunan məlumata görə isə Qazaxda 179 yaşayış binası var ki, onların 69-unda təmir-bərpa işləri gedir. Sözügedən qəzalı binanın da dövlət hesabına təmiri nəzərdə tutulub. Bu bina avqust-sentyabr aylarında təmirə veriləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: