Mədət Quliyevdən məhkumlar arasında ölüm hallarına MÜNASİBƏT

27 May 2017 09:42

"Digər dövlətlərin penitensiar xidmətlərində məhkumlar arasında ölüm halları Azərbaycandakından az deyil".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev bildirib.

Onun sözlərinə görə, məhkumlar arasında ölüm hallarının olması onlara xüsusi təzyiqlərin göstərilməsi ilə bağlı deyil:

"Belə hallar təcridxanalardan kənarda da olur. Məhkum təcrid olunur, müəyyən imkanlar onların əlindən alınır. Amma yenə də deyirəm ki, ölüm halları bütün penitensiar xidmətlərdə olur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində