Dünyanın ən məşhur avtomobilləri - SİYAHI - FOTO

17 İyun 2017 20:05

2017-ci ilin ilk rübünün nəticələrinə görə, Toyota Corolla dünyada ən çox satılan avtomobil olub. Toyota Corolla dünyanın "ən məşhur avtomobili" titulunu hələ də qoruyur.

Milli.Az auto.az-a istinadən bildirir ki, cari ilin 3 ayı ərzində Yaponiya şirkəti bu avtomobildən 297 471 ədəd satıb - bu, 2016-cı ilin göstəricisindən 0,9 faiz azdır. O zaman dünyada 306 357 belə sedan satılmışdı.

Dünyada məşhurluğuna görə ikinci yerdə pikap Ford F-Series dayanır. 2017-ci ilin yanvar-mart aylarında dünyada bu avtomobildən 244 709 ədəd satılıb. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,8 faiz çoxdur.

Üçüncü yerdə Volkswagen Golf dayanır. Bir il əvvəl isə bu avtomobil ikinci yerə idi. 2017-ci ildə alman modelinin satışı 10,1 faiz aşağı düşüb və 220140 ədəd təşkil edib.

Dördüncü və beşinci yerləri Honda CR-V və Honda Civic bölüşür. Birinci rübdə dünyada müvafiq olaraq 214144  (+14,4 faiz) və 179 948 (+30,6 faiz) avtomobil satılıb. Reytinqi Toyota RAV4 (175 095), Ford Focus (172 927), Volkswagen Polo (170 984), Volkswagen Tiguan (170 736) və Toyota Hilux (168 370) davam etdirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində