Sabiq "Bavariya"lının Azərbaycan arzusu: "Ekzotik ölkəyə səyahət maraqlı olardı"

26 May 2017 20:48

"Bu, bəlkə də, mənim beynəlxalq arenada oynamaq üçün son şansım olacaq".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Frayburq"un hücumçusu Nils Petersen deyib. 

Bundesliqada mövsümü 7-ci pillədə başa vuran "Frayburq"un avrokubok şansı sabah baş tutacaq Almaniya kubokunun final matçından asılıdı. Belə ki, Çempionlar Liqasına vəsiqə əldə edən Dortmund "Borussiya"sı finalda "Ayntraxt"a qalib gələ bilsə, o zaman "Frayburq" Avropa Liqasına yollanan 3-cü komanda olacaq.
 
Bununla bağlı Almaniya mətbuatına danışan sabiq "Bavariya"lı Azərbaycana səfərlə bağlı arzusunu da gizlətməyib. Petersen avrokubok çərçivəsində ölkəmizə səfərin onun üçün maraqlı ola biləcəyini bildirib: "Artıq 29 yaşım var və gələcəkdə nə olacağını demək çətindi. Bəlkə aparıcı futbolçular komandanı tərk etdilər və biz bir daha avrokuboklar uğrunda yarışmayacağıq. Rəqabət olmayan yerdə nəticə əldə etmək çətindi. Şəxsən mən sabah "Borussiya"ya azarkeşlik edəcəyəm. Avropada Qlazqo və ya Azərbaycana səyahət piz olmazdı. Böyük klublara qarşı oynamaq və ya ekzotik bir ölkəyə səyahət... Hər ikisi maraqlı olardı".
 
Qeyd edək ki, Nils Petersen 2011-12 mövsümündə "Bavariya"nın formasını geyinib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində