MAR-da son 2 həftədə 300-ə yaxın insan həlak olub

25 May 2017 23:11

Mərkəzi Afrika Respublikasında müsəlmən və xristian qruplaşmalarının arasında toqquşmalar davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, son 2 həftə ərzində toqquşmalarda 300-ə yaxın insan həlak olub.

Toqquşmalar səbəbindən 100 mindən artıq insan isə evini tərk etmək məcburiyyətində qalıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində