Neftlə bağlı vacib qərar qəbul olunub

24 May 2017 22:14

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər neft hasilatının azaldılması barədə növbəti razlığa gəliblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Küveytin neft, elektrik enerjisi və su ehtiyatları naziri Əssam əl-Marzuk deyib.

Xatırladaq ki, cari ilin yanvar ayından etibarən, Azərbaycan ölkədə hasilatı nəinki sutkada 35 min barrel azaltmaqla müvafiq öhdəliyinə uyğunlaşdırıb, hətta kvotadan da artıq azalmaya nail olub.

Milli.Az