"Ürəyim bacımladır" - Niki Minaj - FOTO

24 May 2017 16:21

"Mançesterdə baş vermiş terror aktı məni dəhşətə gətirdi. Ürəyim bacım Ariana ilədir".

Amerikalı reper Niki Minaj İngiltərənin Mançester şəhərində müğənni Ariana Qrandenin konsertindən sonra törədilmiş terror aktı ilə bağlı Twitter-dəki profilində belə yazıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, əsl ad və soyadı Onika Marac olan 34 yaşlı müğənni Mançesterdə konsert verəcəyini də bildirib.

Dünən N.Minaj ABŞ-ın Los-Anceles şəhərinin beynəlxalq hava limanında idi.

O, srağagün Ellen Di Cenerisin şousuna da qatılmışdı.

Niki Minaj hazırda Aleks Lukoysla romantik münasibətdədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində