Mançesterdə növbəti PARTLAYIŞ: AVM-dəki insanlar təxliyə edilir - YENİLƏNİB - VİDEO - FOTO

23 May 2017 14:54

14:54

Milli.Az xəbər verir ki, Maçhester polisi Arndale alış-veriş mərkəzində - hadisə yerində bir şübhəlini saxlayıb.

----------

14:41

Ötən gecə qana bulanan Mançester şəhərində az öncə yenidən partlayış səsləri eşidilib.

Milli.Az Reuters-ə istinadən xəbər verir ki, dünən gecə terror zamanı 22 nəfərin öldüyü Mançester şəhərində "Arndale" alış-veriş mərkəzindəki müştərilərin təxliyə edildiyi deyilir. Agentliyin məlumatına görə, ərazidə böyük bir partlayış səsi eşidilib.

Şahidlər bildiriblər ki, AVM-dəki xeyli sayda insan qaçaraq ərazidən uzaqlaşırlar.

Xatırladaq ki, İngiltərənin Mançhester şəhərində ABŞ-lı müğənni Ariana Qrandenin konsert verdiyi 'Manchester Arena"da törədilən partlayış terror aktı nəticəsində 22 nəfər həyatını itirib, 59 insan yaralanıb.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mançesterdə növbəti PARTLAYIŞ: AVM-dəki insanlar təxliyə edilir

Mançesterdə növbəti PARTLAYIŞ: AVM-dəki insanlar təxliyə edilir	- 1

Mançesterdə növbəti PARTLAYIŞ: AVM-dəki insanlar təxliyə edilir	- 2

Mançesterdə növbəti PARTLAYIŞ: AVM-dəki insanlar təxliyə edilir	- 3

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində