Qarabağ müharibəsinin amerikalı şahidi öldü

20 May 2017 12:36

Dağlıq Qarabağ münaqişəsini çəkmiş məşhur amerikalı fotoqraf Stenli Qrin 68 yaxında Parisdə vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. O, uzun sürən xəstəlikdən sonra ötən gün dünyasını dəyişib.
 
Qeyd edək ki, Senli Qrin xüsusilə münaqişə zonalarına aid fotoları ilə məşhurdur.
 
O, Berlin divarının yıxılmasını lentə alıb. Eyni zamanda Cənubi Sudan, Hindistan, Ruanda, Zairdə olub, Dağlıq Qarabağ, İraq, Əfqanıstan, Kəşmir və Livanda münaqişələri tarixin yaddaşına köçürüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində