Qadın müəllim hazırlığa gələn şagirdi ilə intim münasibətdə oldu - FOTO

20 May 2017 11:15

Şagirdi ilə avtomobildə cinsi əlaqədə olan qadın müəllim həbs olunub.

Milli.Az "The Sun"a istinadla bildirir ki, Amerikanın Florida ştatındakı "Port St. Lucie High School"da kimya müəllimi işləyən 35 yaşlı Tiffany Geliga 17 yaşlı şagirdinə qarşı əxlaqsızlıq etdiyinə görə tutulub.

Onların əxlaqsızlıq etdiyini şagirdin valideyni bilib. O, oğlunun telefondakı mesajlarını oxuduqdan sonra müəllim barədə müdriyyətə şikayət edib.

2014-cü ildən bu məktəbdə kimya dərsi deyən müəllimlə bağlı araşdırma aparılıb.

Şagirdin ifadəsi alınıb. 17 yaşlı oğlan bildirib ki, o, müəllimin yanına hazırlığa gedib. Bir müddət sonra onlar cinsi əlaqəyə girmək qərarına gəliblər. 

İkili bu ilin aprel və may ayında, iki dəfə müəllimin avtomobilində cinsi əlaqədə olublar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində