Lakazet son qərarını verdi

20 May 2017 09:02

Aleksandr Lakazet mövsüm başa çatdıqdan sonra "Lion"dan ayrılacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə futbolçu özü "Ekip" nəşrinə açıqlama verib.

Lakazet komadadan ayrılmaq üçün əsl uyğun vaxt olduğunu bildirib: "Düşünürəm ki, "Lion"dan getmək üçün düzgün vaxtdır. Özüm üçün yeni hədəflər açmaq istəyirəm. İndi elə bir vaxtdır ki, fürsəti əldən vermək olmaz".
 
Qeyd edək ki, bu mövsüm Liqa 1-in son turundakı "Nitsa" ilə oyun Aleksandr üçün "Lion" forması ilə sonuncu olacaq. Rəsmi olaraq təsdiqlənməmiş məlumatlara görə, Fransa millisinin üzvü "Atletiko"ya keçəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində