Bakıda avtomobil yanıb

19 May 2017 22:06

Bakının Səbail rayonunda vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları və qabaq şinləri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az