Yunan azarkeşlər Taksimdə dava saldılar: Yaralılar var - VİDEO

19 May 2017 16:50

Basketbol üzrə dördlər turniri (Final Four) üçün İstanbula gələn bir qrup azarkeş Taksim meydanında asayişi pozub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Yunanıstanın "Olimpiakos" klubunun tərəfdarları meydanda havaya fişəng ataraq şüarlar səsləndiriblər. Ətrafdakı insanların müdaxiləsi nəticəsində dava düşüb.

Hadisə nəticəsində 6 yunan azarkeşin xəsarət aldığı bildirilir. Yaralılardan biri ayağından bıçaqlanıb.

Polis 4 nəfəri saxlayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yunan azarkeşlər Taksimdə dava saldılar: yaralılar var

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində